“Bayraktar” əfsanəyə çevrilib – “Business İnsider” nəşri

20-09-2022, 00:02           
“Bayraktar” əfsanəyə çevrilib –
“Türkiyə istehsalı olan “Bayraktar-TB2” operativ-taktiki döyüş dronlarının iki il qabaq Ermənistan-Azərbaycan, indi isə Rusiya-Ukrayna müharibəsində oynadığı rol bütün dünyanın diqqət mərkəzindədir”. Redaksiyası ABŞ-ın Nyu-York şəhərində yerləşən “Business İnsider” nəşrinin dərc etdiyi məqalədə belə deyilir.

Bildirilir ki, 2020-ci ilin payızında Türkiyənin müttəfiqi olan Azərbaycanın 44 günlük müharibə zamanı Ermənistan üzərində qələbə çalmasına yardım göstərmiş “Bayraktar-TB2” dronları 2022-ci ilin fevralından başlanmış Rusiya-Ukrayna müharibəsindəki roluna görə yenidən gündəmdədir: “Bayraktar-TB2” əfsanəyə çevrilib. Bu dronları istehsal edən “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarın ötən ay Ukraynanın “Salamat qayıt” Fonduna verdiyi açıqlamaya görə, “Bayraktar-TB2”yə tələbat o qədər artıb ki, indi onu almaq istəyənlərin 3 illik növbəsi yaranıb”.

Məqalədə qeyd olunur ki, “Baykar” şirkəti ayda 20-dən çox pilotsuz təyyarə istehsal edə bilir: “Hazırda şirkət sayı artırmaq üçün Ukraynada yeni zavod tikməyi planlaşdırır.

Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətində oynadığı rol “Bayraktar-TB2”ni daha da şöhrətləndirib. İnternet məkanında pilotsuz təyyarələrin Ukrayna müqavimətinin simvoluna çevrildiyini nümayiş etdirən saysız-hesabsız videoya rast gəlmək mümkündür. “Bayraktar-TB2” dronları olmasa, Ukrayna Rusiyaya müqavimət gücünü itirə bilər”.

Məqalədə vurğulanır ki, “Bayraktar-TB2” dronunun çoxsaylı imkanları onu ixrac silahına çevirib: “Hazırda 13 ölkədə bu dronlara rast gəlmək olar”.

Məqalədə xatırladılır iki, ötən həftə Ukrayna Silahlı Qüvvələri iki ədəd “Bayraktar-TB2”nin Rusiyanın 28,35 milyon dollar dəyərində hərbi texnikasını, o cümlədən bir neçə tankını, artilleriya qurğularını, piyadaların döyüş maşınlarını sıradan çıxardığını açıqlayıb.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru