Avropalılar qışı keçirmək üçün Türkiyə otellərinə üz tutur

20-09-2022, 12:43           
Avropalılar qışı keçirmək üçün Türkiyə otellərinə üz tutur
Avropada yaşanan enerji böhranı səbəbilə avropalıları soyuq qışın gözlədiyi bildirilir.

Bu səbəbdən avropalılar qışdan çıxmaq üçün Türkiyədəki otelləri rezervasiya etməyə başlayıblar.

Anadolu Turizm Operatorları Dərnəyi İdarə Heyətinin üzvü Ferhan Ademhan bununla bağlı açıqlama verib.

“Adətən tətil bölgələrindəki obyektlərimiz sentyabrdan 50 faiz, oktyabr ayına qədər 80 faiz, noyabrda isə tamamilə bağlanırdı. Amma bu il obyektlərimiz tam şəkildə fəaliyyət göstərəcək. Bu il turist hədəfimizin 40 milyona çatacağını düşünürük. İndiyə qədər 26 milyonu keçmişik. Bu isə 35 milyard dollar gəlir deməkdir”, - deyə Ferhan Ademhan qeyd edib.

Mənbə: Yenişafak.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru