Əminə Ərdoğan ABŞ-da mükafata layiq görüldü

20-09-2022, 12:48           
Əminə Ərdoğan ABŞ-da mükafata layiq görüldü
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Birləşmiş Ştatlarda mükafata layiq görülüb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) Nyu-Yorkda keçirilən mərasimində təhsil, ətraf mühit və humanitar yardım sahələrində müsəlman qadınlara sosial layihələr üçün verilən “Beynəlxalq uğur və cəmiyyətə töhfə” mükafatı təqdim olunub.

USCMO-nun baş katibi Usamə Cammal tərəfindən qarşılanan birinci xanım Əminə Ərdoğan mükafatlandırma mərasimindən sonra etdiyi çıxışında bu ifadələrə yer verib:

“Dünyanın vicdanı olan ölkəm adından bu qiymətli mükafatı qəbul edirəm. Belə bir proqramın təşkilinə görə Müsəlman Təşkilatları Şurasına təşəkkür edirəm. Türkiyənin humanitar yardım sahəsində təcrübəsi xarici siyasətdən daha artıqdır və türk xalqının vicdan kompasıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.