Qazaxıstan buğda ixracı ilə bağlı məhdudiyyətləri ləğv edib

21-09-2022, 00:10           
Qazaxıstan buğda ixracı ilə bağlı məhdudiyyətləri ləğv edib
Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi.

“Məhdudiyyətlər qüvvəyə minəndən bəri Qazaxıstan ixracatçıları buğda ixracat kvotalarının 83 %-ni və buğda unu ixracat kvotalarının 66 %-ni istifadə ediblər”, - FAS USDA hesabatında deyilir.

Nazirlik bildirir ki, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 %-i biçilib. Orta məhsuldarlıq keçən illə müqayisədə 30 % çoxdur.

Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb olub.

Qeyd edək ki, avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Qazaxıstan Azərbaycana buğda idxal edən ölkələr sırasında ikinci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.