Güney Azərbaycan türkləri AYAQDADIR: Milli hökumət ÇAĞIRIŞLARI - VİDEO

21-09-2022, 10:26           
Güney Azərbaycan türkləri AYAQDADIR:
İranda etiraz aksiyaları davam edir.

DİA.AZ xəbər verir ki, aksiyaçılar bankların şüşələrini qırır, zibil qutularını yandırırlar. Polis insanlara zor tətbiq etməklə onları dayandırmağa çalışsa da, aksiyanı dağıda bilmir.

İnsanlar “Təbriz ayaqda! Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirirlər.

Xatırladaq ki, etirazların səbəbi bir neçə gün əvvəl İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsidir. Bununla əlaqəli ölkənin iri şəhərlərində kütləvi aksiyalar başlayıb.

Məlumata görə, etirazlar İranın Təbriz, Tehran, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində davam edir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru