Ərdoğan FIFA prezidentinə topla məharətini göstərdi - VİDEO

21-09-2022, 12:18           
Ərdoğan FIFA prezidentinə topla məharətini göstərdi - VİDEO
BMT-nin 77-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantinonu qəbul edib.

İnfantino üzərində Ərdoğanın adı yazılan, “FIFA 2022” Dünya Çempionatının Qətərdə keçiriləcək kubokunda istifadə olunacaq rəsmi topunu təqdim edib. Görüş zamanı Ərdoğan ona hədiyyə edilən topa başla zərbə endirib.

İnfantino bu toplardan yalnız bir ədəd istehsal olunduğunu bildirib. Onunla Ərdoğan arasında maraqlı dialoq yaşanıb.

İnfantinonun “Orada oynayarsınız” deməyinə Ərdoğan “Necə oynayacağam, sən oynayacaqsan? Əgər sən oynasan, mən də oynayacağam. Gərək hazır gəlim”, - deyə cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru