ABŞ-ın Kipr addımı... – Türkiyəyə qarşı MÜHARİBƏ PLANI

22-09-2022, 11:29           
ABŞ-ın Kipr addımı... –
ABŞ və NATO, ümumilikdə Qərb şərq sərhədini artıq Türkiyədən Yunanıstana keçirmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə keçmiş admiral, dosent Cihat Yaycı deyib.

Onun sözlərinə görə, ABŞ-ın “Europe Defender-21” təlimləri çərçivəsində Dədəağac bölgəsinə topladığı hərbi texnikanı Yunanıstana verəcəyi əsas problemdir: “Əslində bu texnikalara Yunanıstanın ehtiyacı yoxdur. Lakin veriləcək tank və helikopterlərin kimə qarşı istifadə ediləcəyi sualı önəmlidir”.

Onun sözlərinə görə, Dədəağac bölgəsi ABŞ üçün Balkan bölgəsi və Qaradənizə giriş qapısı olaraq qəbul edilir: “Bu bölgə artıq ABŞ-ın hərbi bazasına çevrilib”.

C.Yaycı ABŞ-ın yuna Kiprinə qarşı tətbiq etdiyi silah embarqosunu 1 sentyabr 2022-ci ildən etibarən qaldırdığına diqqət çəkib.

“Bu tarix önəmlidir, çünki yunanlar Kiprin quruluş ildönümün bu tarixdə qeyd edirlər. Embarqonun qaldırılmasından sonra İsraildən Dəmir Qübbə müdafiə sistemləri alacaqları haqda deyilənlər də diqqət çəkir. Hadisələrə daha geniş spektrdən baxmaq lazımdır. Yunanıstanın aqressiyasının artması, Ermənistanın Azərbaycana hücum etməsi, Dədəağacın ABŞ bazasına çevrilməsi xəbərləri, Suriyada amerikalı generalların PKK-çılarla görüşməsi və digər hadisələr bir-birinə zəncurvari bağlıdır. Belə görünür ki, əsas məqsəd Türkiyəni yaxın dövrdə müharibəyə çəkmək istəyirlər. Artıq bu planın hərbi müstəvidə işə düşməsi üzərində işləyirlər”, - türkiyəli admiral vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.