Qazaxıstanda KTMT-nin hərbi təlimləri keçiriləcək

23-09-2022, 10:05           
Qazaxıstanda KTMT-nin hərbi təlimləri keçiriləcək
Qazaxıstanın cənub və cənub-şərqində, Cambil və Almatı vilayətlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv çevik reaksiya qüvvələrinin (CRRF) “Qarşılıqlı fəaliyyət-2022”, “Axtarış-2022” və “Eşelon-2022” təlimləri keçiriləcək.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hərbi manevrlər sentyabrın 26-dan oktyabrın 8-dək baş tutacaq. “Hərbi kontingentlərin təlimləri zamanı komendantlıq, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələləri işlənəcək”, - nazirlikdən bildirilib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru