Şəhid xanımından ürək parçalayan hərəkət - FOTO

15-05-2016, 15:26           

Türkiyənin Diyarbəkir vilayətində ötən ilin iyul ayının 1-də terrorçular tərəfindən öldürülərək şəhid olan 37 yaşındakı Tansu Aydının eyni yaşlı vyetnamlı həyat yoldaşı Vu Yhuy Tuanvi evliliklərinin 1-ci ildönümündə gəlinlik geyərək çəkdirdiyi fotoşəkilləri Facebook-da paylaşıb.

Turkustan.info yazır ki, Tuanvi Aydın həyat yoldaşı şəhid olmadan əvvəl Türkiyə vətəndaşlığına keçmədiyi üçün şəhid maaşı ala bilməməsi medianın gündəmində yer aldı. Ardından baş nazir Əhməd Davudoğlu Tuanvi Aydına maaş ayrılması üçün təlimat verdi. Tuanvi Aydın baş nazir Əhməd Davudoğluya ictimai media üzərindən təşəkkür etmişdi.

Şəhid arvadı: "Ölümündən əvvəl mənə sonsuza qədər yaxın olacağını vəd etmişdi. Belə də oldu. Amma mən sonsuza qədər onunlayam", - fikrini yazaraq Facebook-da paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.