Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 7 silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb . Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" anti-terror əməliyyatı zonasında zərərsizləşdiriliblər. Qeyd edək ki, "Pəncə-Kilid" anti-terror əməliyyatı aprelin 17-də başlayıb və İraqın 3 rayonunda həyata keçirilir.