2 türk ölkəsi sərhəd protokolunu İMZALADI

27-09-2022, 10:26           
2 türk ölkəsi sərhəd protokolunu İMZALADI
Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi ilə bağlı birgə protokol imzalanıb.

Publika.az xəbər verir ki, Qırğızıstan hökumətinin mətbuat mərkəzi tərəfindən edilən şərhdə iki ölkə arasındakı sərhəd qərarı paytaxt Bişkekdə verilib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri və Nazirlər Kabinetinin vitse-prezidenti Kamçıbek Tasiyev və Özbəkistanın baş naziri Abdullo Aripov sərhədin müəyyənləşdirilməsi ilə bağlı birgə protokolu imzalayıblar.

Protokolda Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlanması qeyd edilib.

Xatırladaq ki, Qırğızıstan və Özbəkistan arasında 1379 kilometrlik hissəsi ilə əlaqədar 2021-ci ilin 23-25 ​​mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə aparılan sərhəd müzakirələrində problemin qarşılıqlı ərazi dəyişməsi yolu ilə həll olunması bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru