Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alan var – FOTOLAR

28-09-2022, 08:38           
Türkiyədə zəlzələ dağıntılara səbəb olub, xəsarət alan var – FOTOLAR
Türkiyənin Ərdahan əyalətinin Gölə rayonunda qeydə alınmış 5 bal gücündə zəlzələ dağıntılara səbəb olub. Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, zəlzələ zamanı Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb.

Kəndin bəzi yerlərində qaya parçaları zəlzələnin təsirindən yola dağılıb.

Bundan başqa, bir neçə kənddə tövlələr dağılıb.

Qeyd edək ki, digər informasiya agentlikləri yeraltı təkanların 6,8 bal gücündə qeydə alındığını, zəlzələ ocağının 7 kilometr dərinlikdə yerləşdiyini bildiriblər.

Zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru