Yunan ekspert: Türkiyə bu halda NATO-dan çıxa bilər

28-09-2022, 09:58           
Yunan ekspert: Türkiyə bu halda NATO-dan çıxa bilər
Türkiyə atdığı addımlarla NATO daxilində sərbəstlik əldə etmək və ABŞ qarşısında mövqeyini gücləndirmək üçün hər şey edir.

Axar.az xəbər verir ki, bu sözləri yunan ekspert Aleksandros Despotopoulos deyib.

“Bu gün Türkiyənin NATO-dan ayrılmaq mərhələsində olmadığını düşünürəm. Alyans daxilində sərbəstlik əldə etmək istəyir və bununla bağlı danışıqlar aparır. Başqa sözlə, amerikalılara münasibətdə özünü əmin hiss etmək, Rusiya ilə xüsusi əlaqələri qorumaq, Afrika, Yaxın Şərq və digər bölgələrdə daha müstəqil mövqeyə sahib olmaq üçün hər şeyi edir”, - deyə o bildirib.

Ekspert bildirib ki, Ankara Qərbin vəd etdiyini almayacağı təqdirdə, NATO-dan çıxması ehtimalı ola bilər:

“Güclü Çin-Rusiya ittifaqı yaranacağı, NATO-dan istədiyini almayacağı təqdirdə, Türkiyə NATO-dan çıxma kartını oynaya bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru