Özbəkistanda doğum haqqında şəhadətnamə əvəzinə QR kodlu sertifikat veriləcək

30-09-2022, 11:44           
Özbəkistanda doğum haqqında şəhadətnamə əvəzinə QR kodlu sertifikat veriləcək
Özbəkistanda 2023-cü ildən uşaqların qeydiyyatı üçün yeni prosedur tətbiq edilir. Belə ki, uşağın valideynlərinə möhürlü doğum haqqında şəhadətnamə əvəzinə QR kodlu arayış veriləcək.

Bu barədə cümə axşamı respublika Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının təkmilləşdirilməsi ilə bağlı hökumətin 28 sentyabr tarixli qərarına əsasən, doğumun qeydiyyatı tibb müəssisələri vasitəsilə aparılacaq. Tibb müəssisəsi tərəfindən QR kodlu doğum haqqında qeydiyyat şəhadətnaməsi veriləcək. QR kod möhürə bərabər sayılır. Dövlət orqanları və təşkilatlarının onu qəbul etməkdən imtinası qadağandır”, - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, gələn il yanvarın 1-dən Daşkənddə, iyunun 1-dən isə respublikanın bütün bölgələrində uşaqların doğumunun qeydiyyatının yeni qaydası tətbiq olunacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru