Türkiyədə sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var

2-10-2022, 07:53           
Türkiyədə sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var
Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

Yol-nəqliyyat hadisəsi Şanlıurfa-Qaziantep avtomobil yolunda qeydə alınıb.

Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Avtobusda olan yaralılar xilasedici qrupların köməyi ilə çıxarılıb.

Qəzanın sürücünün ötmə əməliyyatını düzgün aparmaması səbəbindən baş verdiyi iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru