Kritik görüş üçün diqqət Ərdoğanda – Dosyedəki Azərbaycan detalı

4-10-2022, 21:15           
Kritik görüş üçün diqqət Ərdoğanda –
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Avropa İttifaqının (Aİ) zirvəsindən əvvəl keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına qatılacaq.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, toplantı üçün Çexiyaya gedəcək Türkiyə liderinin gündəmində Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi də var.

Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional məsələlərin həllində Qərb tərəfindən bölgənin ən mühüm aktorlarından biri kimi görülən Türkiyə və lideri toplantıda sülh, təhlükəsizlik, enerji, iqlim, iqtisadiyyat, miqrasiya və nəqliyyat kimi mövzuları qaldıracaq.

Prezident Ərdoğan toplantı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Görüşdə Ərdoğanın Paşinyana xüsusi nümayəndələr arasındakı təmasların üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda növbə ilə keçirilməsinə, bölgədə gərginliyin daha da artmaması üçün Azərbaycana qarşı təxribatlara yol verilməməsinə və Azərbaycanla yekun sülh sazişinin imzalanmasına dair mesajlar verəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru