Türkiyədə dilənçinin üzərindən külli miqdarda pul çıxdı

6-10-2022, 09:28           
Türkiyədə dilənçinin üzərindən külli miqdarda pul çıxdı
Türkiyənin Yalova şəhərində vətəndaşlardan pul tələb edən dilənçi saxlanılıb.

Polis Şöbəsinə aparılan dilənçinin üzərindən axtarış zamanı külli miqdarda pul tapılıb.

Bu barədə Yalova Bələdiyyəsi Polis Şöbəsinin səlahiyyətliləri açıqlama verib. “Rayon daxilində yoxlamalarımız zamanı Cevdet Aydın Parkında bir dilənçi ilə qarşılaşdıq. Onu polis bölməsinə gətirdik. Axtarış zamanı dilənçinin üzərindən 12 min lirə maddi vəsait aşkarlandı. Yalovada ilk dəfədir ki, belə böyük məbləğdə pula rast gəlirik. Vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar, dilənçiliyi peşəyə çevirən insanlara pul verməsinlər”, - deyə qeyd edilib.

Dilənçidən tapılan pullar müsadirə edilib, özü ilə bağlı ilə qanunlar çərçivəsində tədbirlər görülüb.

Mənbə: ABC gazetesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru