Türkiyənin İraqdakı hərbi bazasına raket atılıb

9-10-2022, 10:01           
Türkiyənin İraqdakı hərbi bazasına raket atılıb
Türkiyənin İraqın şimalındakı hərbi bazası raket hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə İraqın "Shafak News" xəbər portalı məlumat yayıb.

Mosul şəhərinin şimal-şərqindəki Başik bölgəsində yerləşən Zlikan bazasına üç raket atılıb. Bildirilir ki, onlardan ikisi düşərgənin yaxınlığına, üçüncüsü isə bazaya bitişik dağın ətəyinə düşüb.

İraq təhlükəsizlik qüvvələrinin bölmələri atəş açan qurğunun yerini müəyyənləşdirmək və hərbi obyektə raket atan cinayətkarları ələ keçirmək üçün əməliyyata başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru