Haluk Bayraktarla danışmaq istəyən rusiyalıya Ukrayna kəşfiyyatı cavab verdi.. . – RUSİYA XÜSUSİ XİDMƏT ORQANININ ƏMƏKDAŞI NAŞILIQ EDİB / VİDEO

10-10-2022, 08:04           
Haluk Bayraktarla danışmaq istəyən rusiyalıya Ukrayna kəşfiyyatı cavab verdi..
Ukrayna kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğu şübhə doğurmayan rus prankerin (oyunbaz) Türkiyənin "Baykar" şirkətinin rəhbərlərindən biri ilə zarafat etmək cəhdinin qarşısını alıb.

Qafqaz.media “BBC Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlama yayıb.

Prankerlər "Deepfake" texnologiyasından istifadə edərək Ukraynanın baş naziri Denis Şmıxalın adından "Baykar" şirkətinin Baş direktoru Haluk Bayraktarla video vasitəsilə əlaqə saxlayıblar.

“Cənab Halukla gözlənilən söhbət əvəzinə, ruslara “Baykar”ın saxta “katibi” ilə danışmaq qismət oldu. Söhbət zamanı bir neçə dəfə özünü ifşa edən rusiyalı əməliyyatçının hazırlıq səviyyəsinin aşağı olduğunu qeyd etmək lazımdır”, - idarədən qeyd ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru