Azərbaycanlı müğənniyə Türkiyədə HÜCUM: Burnu qırıldı... - FOTO, VİDEO

11-10-2022, 16:49           
Azərbaycanlı müğənniyə Türkiyədə HÜCUM:
Türkiyədə soydaşımıza qarşı taksi sürücüsü tərəfindən zorakılıq tətbiq olunması faktı sosial şəbəkəni ayağa qaldırıb.

10 ildir İstanbulda yaşayan Nərgiz Bağıyeva adlı ifaçı bu gün səhərə yaxın saatlarda maşını ilə gedərkən yol hərəkəti qaydasını pozan taksi ilə toqquşub.

Bu vaxt aralarında yaranan mübahisə zamanı sürücü onu vurub. Nəticədə qadının burnunda çat yaranıb, dodağı partlayıb və mobil telefonu qırılıb.


Nərgiz bütün bunları sosial şəbəkə hesabındakı izləyiciləri ilə bölüşüb:

"Sağımdan məni keçməyə çalışan adam maşınını avtomobilimin ön sağ hissəsinə vurdu. Maşınıma zərər dəydi. Mən həmin avtomobilə siqnallayanda dayandı və sürücü düşdü. Maşından enərkən mən ona "nə edirsən?" - deyəndə saçımdan tutub üzümü yumruqlamağa başladı.

Tezliklə tutulsun, cəzasını çəksin. 10 ildir burada yaşayıram. Universitetimi burada oxumuşam, əsl peşəm hüquqşünaslıqdır. Vəkillər Kollegiyasında qeydiyyatdayam. İlk dəfə belə bir hadisənin şahidiyəm. Adam tam bir axmaqdır. Qəza edib, həm günahkar, həm güclüdür".

Görüntüləri təqdim edirik: //lent.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru