Ərdoğan Putinlə Türkiyənin Ukraynadakı vasitəçiliyini müzakirə etmək niyyətindədir

12-10-2022, 09:38           
Ərdoğan Putinlə Türkiyənin Ukraynadakı vasitəçiliyini müzakirə etmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukraynada diplomatik nizamlanmanın mümkünlüyü və Ankaranın bu prosesdə mümkün vasitəçiliyini müzakirə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın “TV24” telekanalının efirində bildirib.

“Türkiyə hesab edir ki, diplomatiyanın qapıları həmişə açıq saxlanılmalıdır. Bu günə qədər Ankara, Ukraynada nizamlanma üçün yol xəritəsi təklif edə bilən yeganə ölkədir. Zelenski ilə Putini danışıqlar masası arxasına gətirə biləcək yeganə lider olan prezidentimiz Ukraynada diplomatik nizamlanma və bu prosesdə vasitəçilik imkanlarını müzakirə etmək niyyətindədir”- deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru