İsrail Türkiyəyə mədən qəzası ilə bağlı kömək təklif edib

16-10-2022, 08:42           
İsrail Türkiyəyə mədən qəzası ilə bağlı kömək təklif edib
İsrail hökuməti kömür mədənində baş vermiş qəza ilə bağlı Türkiyəyə köməyə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid tviterdə bildirib.

"İsrail Bartın vilayətində baş verən dəhşətli faciədən sonra Türkiyənin yanındadır. Mən Mövlud Çavuşoğluna həlak olanlarla bağlı başsağlığımızı çatdırdım, yaralananlara şəfa dilədim", - Lapid yazıb.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartin şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru