Ekoloqlar həyəcan təbili çalır: Türkiyədə Van gölünün səviyyəsi aşağı düşür – FOTO

19-10-2022, 10:06           
Ekoloqlar həyəcan təbili çalır: Türkiyədə Van gölünün səviyyəsi aşağı düşür – FOTO
Türkiyənin şərqində qlobal istiləşmənin təsiri altında Van gölündə suyun səviyyəsi aşağı düşür.

Prosesə yağıntıların azalması və buxarlanma kimi amillər təsir edir.

Dövlət Su İşləri Departamentinin nümayəndəsi Ayhan Şahna bildirib ki, Van gölü son illərdə quraqlıqdan ən çox zərər çəkən yerlərdən biridir.

O vurğulayıb ki, gölün ərazisi getdikcə daralır.

“Quraqlığın fəsadları təkcə bataqlıq ərazilərdə deyil, Van gölündə də müşahidə olunur. Son 10 ildə Van gölünün sahəsi təxminən 140 santimetr azalıb. Bu hadisə 1950-ci illərdən sonra da müşahidə olunub. Ümid edirik ki, quraqlıq yağışlarla əvəzlənəcək”, - deyən Şahna kənd təsərrüfatında suvarma üçün suyun əhəmiyyətini vurğulayıb.




Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru