Türkiyə gizli şəkildə ballistik raket hazırlayıb – İlk sınağı keçirildi

19-10-2022, 10:07           
Türkiyə gizli şəkildə ballistik raket hazırlayıb –
Türkiyə ordusu yaxınmənzilli ballistik raket sınaqdan keçirib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

İki mənbənin agentliyə verdiyi məlumata görə, “Tayfun” raketi səhər saat 07:00 radələrində Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri yaxınlığındakı sahillərinə düşüb.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

“Bloomberg” qeyd edir ki, Türkiyə hökuməti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru