Qazaxıstanda korrupsionerlərdən müsadirə edilən vəsait hesabına yeni məktəblər tikiləcək

21-10-2022, 09:53           
Qazaxıstanda korrupsionerlərdən müsadirə edilən vəsait hesabına yeni məktəblər tikiləcək
Qazaxıstan hakimiyyəti korrupsionerlərdən müsadirə olunmuş 213 milyon dollara yaxın vəsait hesabına yeni məktəblər tikmək qərarına gəlib.

Bu barədə ölkənin baş naziri Əlixan Smailovun rəsmi saytında məlumat verilib.

“Dövlət başçısının tapşırığına əsasən, korrupsionerlərdən müsadirə edilən vəsaitlər indi məktəblərin və onlara əlavələrin tikintisinə yönəldiləcək. Burada söhbət təxminən 100 milyard tengedən (təxminən 213 milyon dollardan – red.) gedir. Noyabrda vəsaitin ayrılmasına başlanılacaq”, - Smailov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru