İsveç Türkiyəyə məktub göndərib

22-10-2022, 00:06           
İsveç Türkiyəyə məktub göndərib
İsveç Türkiyənin bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı irəli sürdüyü tələblərdən biri olan terrorla mübarizəyə dair konkret addımlarla bağlı məktub göndərib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, İsveç və Finlandiya Türkiyə ilə imzaladıqları anlaşma memorandumuna sadiq olduqlarını bildiriblər.

"Türkiyə və Finlandiya ilə əldə olunan üçlü razılaşmanı həyata keçirməyə davam edəcəyik. Türkiyə ilə əldə etdiyimiz razılaşma ilə bağlı bir çox addımlar atdıq və ümid edirik ki, bu Türkiyə tərəfindən də nəzərə alınacaq ", - deyə İsveç xarici işlər naziri Tobias Billström bildirib.

Bundan əlavə, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Türkiyə ilə müntəzəm təmasdayıq, keçən həftə türkiyəli həmkarımla dialoq apardım” deyə açıqlama verib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru