Türkiyə, Azərbaycan və Pakistan AKINCI operatorları məzun olub — FOTOLAR

22-10-2022, 08:24           
Türkiyə, Azərbaycan və Pakistan AKINCI operatorları məzun olub — FOTOLAR
“Baykar” tərəfindən Bayraktar AKINCI Operatorluğu üzrə təhsili alan türk, azərbaycanlı və pakistanlı kursantlar təhsillərini uğurla başa vuraraq məzun olublar.

Bu barədə Demokrat.az-a “BAYKAR Technology” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şirkətdən bildirilib ki, 110 nəfər kursant məzun olub.

“AKINCI 6-cı Təlim Dövrü çərçivəsində “Bayraktar AKINCI” Hücum Pilotsuz Uçuş Aparatını Türkiyə, Azərbaycan və Pakistan təhlükəsizlik güclərində istifadə etmək; Pilot, Faydalı Yük Operatoru, Mexanik/Mühərrik Texniki, Elektron/Yer İdarəetmə Stansiyasının Operatoru və Silah Operatoru vəzifələrində çalışacaq ümumilikdə 110 kursant təlimlərini uğurla başa vurub”.

Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində məzuniyyət mərasimi də təşkil edilib. Mmərasiə qatılan Baykar İdarə heyəti Başçısı və Texnologiya Lideri Səlcuq Bayraktar mərasimdəki çıxışında üç cəmiyyətin güclü mənəvi bağı və qardaşlığından bəhs edib. O, yerinə yetiriləcək vəzifələrdə əxlaqa, ədalətə və düz yoldan dönməməyə önəm verilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın Yürkiyədəki səfiri Rəşad Məmmədov kursu birinciliklə bitirən azərbaycanlı tələbələrə diplom və hədiyyələr təqdim edib.

Qeyd edək ki, AKINCI təhsili hələ də davam edir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru