Türkiyədə hicabla bağlı qaydalar dəyişir - Ərdoğan ELAN ETDİ

23-10-2022, 08:05           
Türkiyədə hicabla bağlı qaydalar dəyişir -
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qadınların hicab taxmasına dair Konstitusiya təminatının yaradılması şərtini irəli sürüb.
"Anadolu" agentliyi xəbər verir ki, Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edən Türkiyə lideri Cumhuriyyət Xalq Partiyasının qanunlara qadınların hicab taxıb və ya taxmamasına dair iradə azadlığını nəzərdə tutan dəyişikliklərin edilməsi təklifinə münasibət bildirib.

“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin", - Ərdoğan deyib.

Prezident onu da qeyd edib ki, hicab seçimi insanın şəxsi hüququdur.

Qeyd edək ki, Türkiyədə uzun müddət qadınların məktəblərdə və ictimai təşkilatlarda baş örtüyü taxmasına qadağa tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru