Türkiyədə kişi borcunu qaytarmayan qardaşların evinə od vurdu - VİDEO

25-10-2022, 11:23           
Türkiyədə kişi borcunu qaytarmayan qardaşların evinə od vurdu - VİDEO
Türkiyə vətəndaşı olan İlker adlı şəxs ona borcu olan iki qardaşın evinə od vurub.

Hadisə Eskişehirdə baş verib. Gecə saatlarına təsadüf edən yanğın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Evə od vurulan zaman mənzildə qadın və uşaqlar da olublar. Yaşayış evinə ciddi ziyan dəysə də, xəsarət alanların olmadığı bildirilir.

Yanğını törədən şəxs saxlanılıb.


Mənbə: İHA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.