Prezident Ərdoğan və İngiltərə kralı arasında danışıqlar baş tutub

26-10-2022, 08:18           
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya kralı III Çarlz ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Türkiyə lideri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə, eləcə də bir çox sahələrdə sıx əməkdaşlığa əsaslanan münasibətlərin qarşıdakı dövrdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Prezident Ərdoğan Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Britaniya monarxına başsağlığı verib. (Mənbə: Anadolu)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru