Ermənistan və Türkiyə sərhədlərin açılmasını müzakirə edəcək

26-10-2022, 07:53           
Ermənistan və Türkiyə sərhədlərin açılmasını müzakirə edəcək
Yaxın vaxtlarda Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələrinin görüşü planlaşdırılır. Bu görüş zamanı birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasına dair razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Bu barədə Ermənistan mediasına ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

"Yaxın vaxtlarda iyulda əldə edilmiş iki razılaşmanın icrasını müzakirə etmək üçün iki ölkənin müvafiq idarələrinin nümayəndələrinin sərhəddə görüşünün keçirilməsi planlaşdırılır. Söhbət birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması haqqında razılaşmalardan gedir”, - Hunanyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistanla Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünə dair razılıq yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru