Kılıçdaroğlu: "Qorxma, Ərdoğan, mən adam yemirəm"

26-10-2022, 12:28           
Kılıçdaroğlu: "Qorxma, Ərdoğan, mən adam yemirəm"
"Nazirlərini, məsləhətçilərini, nəyini götürürsən götür, çıx qarşıma"

"Deyir ki, yığdıqlarımızı, həyəcanlarımızı yarışdıraq. Ərdoğan mənə meydan oxuyur. Hər yerdə, hər mühitdə nə istəyirsənsə, qarşıma çıx müzakirə edək".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu partiyasının iclasında deyib.

"Qorxma, Ərdoğan, qorxma. Mən adam yemirəm. Biliklə, təcrübə ilə çıx qarşıma, nədən qorxursan? AKP-li qardaşlarıma səslənirəm, liderinizin Kılıçdaroğlunun qarşısına çıxmağa niyə cəsarəti çatmır. Dövlətin bütün məlumatları, arxivi onun əlindədir. Qul haqqı yeyən yeməyənin qarşısına çıxa bilməz. Nazirlərini, məsləhətçilərini, nəyini götürürsən götür, çıx qarşıma", - K. Kılıçdaroğlu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru