Davudoğludan jurnalistlərə böyük jest

22-05-2016, 13:33           

Türkiyənin istefa verən baş naziri Əhməd Davudoğlu hökumətə rəhbərlik etdiyi müddətdə onu izləyən mətbuat nümayəndələri ilə görüşüb. ANS PRESS-in məlumatına görə, görüş Türkiyə Nazirlər Kabinetinin mətbuat mərkəzində baş tutub.
Jurnalistlərlə görüşdə Davudoğlunun həyat yoldaşı Sare Davudoğlu da iştirak edib. Əhməd Davudoğlu jurnalistlərlə vidalaşıb.Əh məd Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davudoğlunu baş nazir vəzifəsinə təyin edib.
Əhməd Davudoğlu mayın 5-də istefa verdiyini açıqlayıb. O, 22 mayda keçiriləcək qurultayda namizəd olmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru