Ərdoğanın kürəkəni Davudoğlunun xanımı ilə niyə görüşmədi? - Video

23-05-2016, 00:19           

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilib. Binəli Yıldırım partiyanın sədri və baş nazir vəzifəsinə seçilib.

Qurultayda iştirak edən eks-baş nazir Əhməd Davudoğlu ilə xanımı Sarə Davudoğlu nazirlərlə görüşüb. Bu zaman prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayraq da nazirlər sırasında olub. Albayraq ona əlini uzadan Sarə Davudoğlu ilə görüşməyib. Bu vəziyyət qurultay iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.

Daha sonra məlum olub ki, B. Albayraq yeni baş nazir Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırımın da əlini sıxmayıb. Onun qadınlarla əl-ələ görüşmədiyi qeyd olunub. (Qafqazinfo)
[media=https://www.youtube.com/watch?v=pn-n_gvacDw]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru