Türkiyədəki ABŞ hərbçiləri üçün 12 illik qadağa aradan qaldırıldı
24-01-2023, 12:08
Türkiyədəki İncirlik aviabazasındakı amerikalı hərbçilər yenidən onun ərazisini tərk edə biləcəklər.
Məlumata görə, hərbi qulluqçuların asudə vaxtlarında bazanı tərk etmələrinə qadağa 2011-ci ildə İŞİD təhlükəsi ilə əlaqədar tətbiq edilib.
Hazırda bazada təxminən 1,2 min ABŞ hərbçisi var.
Bildirilir ki, qadağanın tətbiqi yanvarın 21-də dayandırılıb və hərbçilər artıq bazanın perimetrindən kənarda sərbəst hərəkət edə bilirlər.
Qeyd edək ki, Türkiyə ərazisində 50-dən çox hərbi baza və obyekt ABŞ Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunur. İki ölkə arasında bazaların istifadəsini tənzimləyən hərbi sahədə əməkdaşlıq 1954-cü ildən həyata keçirilir. ABŞ-ın Türkiyədəki ən böyük hərbi obyekti ölkənin cənubundakı İncirlik aviabazasıdır ki, burada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus taktiki təyyarələr daim növbə çəkir.