Türkiyəli nazir: “Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da inkişaf edəcək” - FOTO

25-03-2023, 12:08           
Türkiyəli nazir: “Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da inkişaf edəcək” - FOTO
“Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da nümunəvi inkişaf edəcək”.

Bunu ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi "Twitter"dəki hesabında yazıb.

“Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və onun nümayəndə heyəti ilə Türk evində görüşdük. Ortaq dil, mədəniyyət və tarixdən qaynaqlanan qardaşlığımıza əsaslanan əlaqələrimiz bundan sonra da hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədə inkişaf edəcək”, - Vahit Kirişçi sosial şəbəkə hesabında qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru