Özbəkistanda 1500 illik sikkələr tapıldı - FOTO

5-07-2023, 13:18           
Özbəkistanda 1500 illik sikkələr tapıldı - FOTO
Namanqan rayonunda arxeoloqlar nadir sikkələr aşkar ediblər. Tapıntının təxmini yaşı 1200-1500 ildir.

Sikkələr Sırdəryanın sağ sahilindəki Axsi qəsəbəsi ərazisindən tapılıb.

Aşkar edilmiş tapıntılar arasında 475-600-cü illərə aid Baktriya gümüş sikkələri ilə yanaşı, təxminən IX əsrə - Qaraxanilər dövrünə aid gümüş sikkələr də var. Mütəxəssislərin diqqətini üz tərəfində ərəb, arxa tərəfində isə Çin hərfləri olan başqa bir sikkə cəlb edib.

Hazırda alimlər tapılan sikkələrin üzərindəki təsvirləri, yazıları, onların hazırlandığı metalı və digər tarixi xüsusiyyətlərini öyrənirlər.

Qeyd edək ki, sikkələrin aşkar edildiyi qədim şəhər qaladan, şəhristandan - şəhərin əsas hissəsindən və rəbaddan - sənətkarların məskunlaşdığı ərazidən ibarət olub. Şəhərin sahəsi təxminən 30 hektar təşkil edib.
Şəhərin xarici divarlarının perimetri boyunca dərin xəndək qazılıb. Burada ticarət və sənətkarlıq inkişaf edib. VII-XIII əsrlərdə tökmə polad istehsalı üzrə Orta Asiya mərkəzlərindən biri məhz burada yerləşib. Qəsəbə ərazisinin mühüm hissəsini polad istehsalı sahəsi tutub.







Mənbə: podrobno.uz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.