Qars qətliamı - 35 min türkü ermənilər necə qırdı FOTOFAKT

13-08-2023, 10:34           
Qars qətliamı - 35 min türkü ermənilər necə qırdı FOTOFAKT
1920-ci il mayın 1-də ermənilər Qars ətrafına yalançı bir İran səfiri göndərirlər. Bu səfir Qarsın türk-müsəlman əhalisinin bir hissəsinə müraciət edərək İranın himayəsinə keçməklərini təklif edir. İran təbəəsi olaracaqları təqdirdə onlara kənd və əkin yerləri veriləcəyini bildirir və 35000 nəfər müsəlmanı toplayaraq, guya İrana yola salır. Yolda bu insanlar ermənilər tərəfindən müxtəlif yerlərdə saxlanılır, malları və bütün azuqələri əllərindən alınır, canlarına qəsd edilərək qətllər törədilir. Nəhayət sonda, qatarla İrəvandan keçən sağ qalan insanlar, bu dəfə nizami erməni ordusunun hücumuna məruz qalır və qətliam törədilir. 35000 nəfər Qarsdan göndərilən bu müsəlman əhalidən 10000 nəfər güclə canlarını qurtarıb Naxçıvana gəlib çata bilirlər.
Hadisə baş verən zaman Qars Ermənistan Respublikasının (bəzi sənədlərdə İrəvan Respublikası də adlandırılırdı) işğalı altında idi.Qars, o zaman ingilislər tərəfindən ermənilərin idarəetməsinə verilmişdi. 30 oktyabr 1920-ci ildə Qars döyüşündən sonra Türk ordusu Kazım Qarabəkir paşanın rəhbərliyi ilə Qarsı işğaldan azad etdi.
Yuxarıda yazdığım hadisə haqqında Qarsdan miralay Rüşdü Şərq Cəbhəsi Komandanlığına yazdığı 4 dekabr 1920-ci ildə göndərdiyi məktubunda məlumat verirdi.
Talea Yahyayeva













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.