Türkiyədən terrorun maliyyə mənbəyinə zərbə - 56 nəfər həbs edilib

15-08-2023, 08:07           
Türkiyədən terrorun maliyyə mənbəyinə zərbə - 56 nəfər həbs edilib
Türkiyənin Şırnak bölgəsində polis və jandarma qrupları tərəfindən terrorun maliyyə mənbəyi olan qaçaqmalçılığa qarşı əməliyyat təşkil edilib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı narkotik, uzun lüləli silahlar və gömrük qaçaqmalçılığı materialları ələ keçirilib, 56 şübhəli saxlanılıb.

Şırnak və "Habur" sərhəd qapısında həyata keçirilən əməliyyatlarda 25,03 qram heroin, 8,85 qram metamfetamin, 1 ədəd bong, 2460 qutu siqaret, 510 ədəd uzun lüləli tapança patronu, 402 ədəd müxtəlif mallar (termos, ayaqqabı), 23 ədəd mobil telefon aşkarlanıb. Bundan başqa, güllə maqazini və 5 uzun lüləli tapança ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru