Türkiyədə istilik rekordu qırıldı: 50 dərəcə

15-08-2023, 14:57           
Türkiyədə istilik rekordu qırıldı: 50 dərəcə
Meteorologiya məlumatlarına görə, Türkiyədə 2021-ci ilin iyulun 20-də Şırnakın Cizrə rayonunda 49,1 dərəcə ilə müşahidə olunan istilik rekordu yenidən qırılıb.

Publika.az xəbər verir ki, bu rekord dünən Hatayın Hassa rayonunda 50 dərəcə ilə yenilənib. Meteorologiyanın açıqladığı rekord temperaturun yaşandığı Hassa rayonunda bazar və şəhər mərkəzi boş qalıb.

Əhali Aktəpə məhəlləsindəki Karapınarın təbii bulaq suyuna axın ediblər. Yerli vətəndaş Mehmet Altekin suya girib-çıxdıqdan dərhal sonra isti havanın təsiri ilə quruduğuna diqqət çəkib: "Karapınara sərinləmək üçün gəldim. Suya girib çıxırsan, 5 dəqiqədən sonra quruyursan. Çox fəlakətli yandırıcı isti var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru