Rusiya səfirinin qətli göstərişini verən şəxsin həyat yoldaşı tutuldu
15-08-2023, 16:16
2016-cı ildə Ankarada keçirilən sərgi zamanı sui-qəsdə məruz qalan Rusiya səfiri Andrey Karlovun qətlinin göstərişini verən şəxsin həyat yoldaşı saxlanılıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ-çü qatil Mevlüt Mert Altıntaşın tabeliyində fəaliyyət göstərdiyi və qətl barədə göstərişi aldığı Şahin Söğütün həyat yoldaşı A.S. saxlanılıb.
Bildirilib ki, bu, polisin İstanbulda keçirdiyi əməliyyat nəticəsində mümkün olub.