Türkiyə 30 mindən çox FETÖ üzvünü axtarışa verib

16-08-2023, 14:11           
Türkiyə 30 mindən çox FETÖ üzvünü axtarışa verib
Türkiyə 30 min 681 FETÖ üzvünü axtarışa verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “A-Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, bu şəxslərin əksəriyyəti xarici qaçanlardır. Nazirin sözlərinə görə, indiyədək bu tələblə bağlı Rumıniya 2 və Əlcəzair 1 şəxsi Türkiyəyə ekstradisiya edib, 374 ekstradisiya tələbi isə rədd edilib.

“İsveçdən terror cinayətləri ilə bağlı 28 ekstradisiya tələbimiz olub, 22-si rədd edilib. Onlardan 9-u PKK-lı, 8-i FETÖ-çü, 5-də digər terror təşkilatları üzvüdür. 3 tələbimizə ölüm və digər səbəblərdən xitam verilib, 3 tələb üzrə isə işlər davam edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru