"Terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var" - Ərdoğan

1-10-2023, 20:17           
"Terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var" - Ərdoğan
Terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Ankaradakı terror hücumundan danışarkən bildirib.

"Terror təşkilatının siyasətə müdaxiləsinə imkan verməyəcəyik. Polisin vaxtında müdaxiləsi nəticəsində vətəndaşların əmin-amanlığını, təhlükəsizliyini təhdid edənlər öz məqsədlərinə çata bilməyiblər", - Ərdoğan deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.