Türkiyə və ABŞ Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

16-10-2023, 08:34           
Türkiyə və ABŞ Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Amerika tərəfinin xahişi ilə ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Söhbət zamanı Fələstin – İsrail münaqişəsi zonasında baş verən son olaylar, eləcə də Qəzzada humanitar vəziyyət müzakirə edilib, həmçinin NATO-nun genişlənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - mənbə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru