Bu yol xəritəsini müəyyən edən plan tamamlandı

18-10-2023, 08:47           
Bu yol xəritəsini müəyyən edən plan tamamlandı
Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsini müəyyən edən 12-ci İnkişaf Planını tamamladıq.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında bildirib.

"Sağlam düşüncə ilə, qeyri-hökumət təşkilatları, peşəkar təşkilatlar və iş dünyasının töhfələri ilə hazırladığımız 12-ci İnkişaf Planını bu gün TBMM-in ixtiyarına verəcəyik. 5 illik inkişaf planı 5 əsas oxdan ibarətdir - ixtisaslı insanlar, güclü ailə, sağlam cəmiyyət, sabit inkişaf və güclü iqtisadiyyat, yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal, fəlakətlərə davamlı yaşayış sahələri, davamlı mühit, ədalətə əsaslanan demokratik idarəetmə", - Ərdoğan paylaşımda qeyd edib.

Qeyd edək ki, 2024-2028-ci illəri əhatə edəcək 12-ci İnkişaf Planının hazırlıqları çərçivəsində 54 xüsusi ekspertiza komissiyası və 26 işçi qrupu yaradılıb, müxtəlif başlıqlar altında araşdırmalar aparılıb. \\Axar.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru