Türkiyədə benzinlə işləyən avtomobillərə maraq yenidən artır – Səbəb

24-10-2023, 00:13           
Türkiyədə benzinlə işləyən avtomobillərə maraq yenidən artır – Səbəb
Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Türkiyədə avtomobillərin 28,2%-i benzin, 36%-i dizel, 33,8%-i maye qaz (LPG), 1,3%-i isə elektrik (hibrid) ilə işləyib.

Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan sonuncu məlumatlara istinadən bildirir ki, son 5 ildə ümumi avtomobillərin içərisində dizel və qazla işləyənlərin payı azalır, benzinlə işləyən avtomobillərin payı isə artır.
Buna səbəb isə son illər Türkiyədə benzinin qiymətində müşahidə olunan ucuzlaşma olub.

Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə Türkiyədə avtomobillərin 75,2%-i benzin, 4,7%-i dizel, 14,7%-i maye qaz (LPG) ilə işləyib.

Sonrakı illərdə benzinin qiymətindəki sürətli artım səbəbindən benzinlə işləyən avtomobillərin sayı kəskin azalmağa başlayıb.

Nəticədə, 5 il əvvəl – 2019-cu ildə avtomobillərin 24,2%-i benzin, 38,1%-i dizel, 37,38%-i maye qaz ilə işləyib. 2019-cu ildən sonra benzinlə işləyən avtomobillərə maraq artmağa başlayıb.

İllər Avtomobillərin ümumi sayı Benzinlə işləyən Dizellə işləyən Maye qazla (LPG) işləyən Elektriklə (Hibrid) işləyən
2004 5 400 440 75,2 % 4,7 % 14,7 % –
2019 12 503 049 24,2 % 38,1 % 37,3 % 0,1 %
2023 Oktyabr 14 967 044 28,2 % 36 % 33,8 % 1,3 %












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.