Atatürkə bənzəyənə deputatlıq təklifi: “Sayənizdə CHP qazanar”

24-10-2023, 18:05           
Atatürkə bənzəyənə deputatlıq təklifi: “Sayənizdə CHP qazanar”
Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə bənzərliyi ilə “TikTok”da fenomen olan Sərdar Görəl yenidən diqqət mərkəzindədir.

Cebhe.info xəbər verir ki, ona siyasətə qatılmaq təklif olunub.

Belə ki, Sərdar Görəlin “TikTok”da açdığı canlı yayıma qatılan bir qadın ona Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olmağı təklif verib:

“Siz nə üçün CHP-dən deputatlığa namizəd olmursunuz? Sizin sayənizdə CHP qazanar və ölkəmiz üçün də faydanız olar. Vizual olaraq olduğu kimi fikirlərinizdə uyğundursa, niyə də olmasın?”.

Lakin o, siyasətə qatılmaq istəmədiyini deyib.

Qeyd edək ki, Sərdar Görəl “TikTok”da paylaşdığı videolarla fenomenə çevrilib.

Atatürkə çox bənzədiyi üçün vətəndaşlar sözügedən platformada ona çoxlu pul göndərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru