Türkiyə səfirliyinə hücum edildi - FOTO 26-10-2023, 00:09 Finlandiyanın paytaxtı Helsinki şəhərindəki Türkiyə səfirliyinə hücum olub.32gun.az xəbər verir ki, bu barədə Helsinki polisi X sosial media hesabında paylaşım edib.Məlumata əsasən maskalı şəxslər səfirliyin giriş qapısını boyayaraq tüstü bombaları ilə hücum ediblər.Qısa müddətdə hadisə yerinə polis və xilasetmə qrupları gəlib.Hücumla bağlı araşdırma başlayıb. Facebook-da paylaş