Cənab Ərdoğan danışırmış, Roma Papası da telefonun o biri başında xoruldayırmış...

27-10-2023, 08:04           
Cənab Ərdoğan danışırmış, Roma Papası da telefonun o biri başında xoruldayırmış...
“Reuters”: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Roma Papası Fransisklə telefon danışığında İsrailin Qəzzaya hücumunun qətliam olduğunu və beynəlxalq ictimaiyyətin bundan sonra susmasının "utancverici" olduğunu bildirib.
Ərdoğan deyib ki, bütün ölkələr regionda baş verən humanitar böhrana qarşı səsini ucaltmalıdır.
Vatikan sözçüsü qeyd edib ki, zəng səhər saatlarında Ərdoğanın xahişindən sonra baş tutub”.
Bəs, Roma Papası cənab Ərdoğana nə deyib? “Reuters” bu barədə heç bir şey yazmır. Belə çıxır ki, cənab Ərdoğan danışırmış, Roma Papası da telefonun o biri başında xoruldayırmış...
"Reuters" deyə bilmir ki, Roma Papası İsrailin yanındadır. Özü də təkcə Vatikan yox. Bütövlükdə Qərb İsrailə dəstək verir. Bu, həmişə belə olub. Əksi olsaydı paytaxtı Şərqi Qüds olan Fələstin dövləti çoxdan yaranmışdı. Bəs, Qərbdə Fələstini müdafiə edənlər varmı? Var. Əsasən solçu qruplar Fələstinin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparır. Solçular isə Qərbdə ciddi söz sahibi deyil...
Mən İranın əmri ilə İsrailə hücum edən HƏMAS-ı yaramaz bir təşkilat hesab edirəm. Ancaq Fələstin problemi həll olunmalıdır. Özü də mütləq. Nə qədər ki, bu problem həll olunmayıb Yaxın Şərq həmişə odun-alovun içində olacaq və bölgədə terrorçu təşkilatlar at oynadacaq...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.