Ərdoğandan yeni dövlət çevrilişi cəhdi xəbərdarlığı – “Yaxın günlərdə…”
21-07-2016, 01:43
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni bir dövlət çevrilişi cəhdi ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Avropa.info xəbər verir ki, Ərdoğan bu haqda nüfuzlu “Əl-Cəzirə” telkanalına müsahibəsində danışıb. “Dövlət çevrilişi cəhdi etdilər, amma uğurlu olmadı . Yaxın günlər və həftələr ərzində əminəm ki bəzi fikir və planları var ki, bunları da etməyə çalışacaqlar”